Gəncədə ilk dəfə güləş üzrə Gəncə Kuboku təşkil olunub.
İdman.Biz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışa Gəncə Olimpiya İdman Kompleksi ev sahibliyi edib.
Turnirdə U-15 yaş kateqoriyasında səkkiz komanda mübarizə aparıb. Yarışın yekununda Sumqayıt güləşçiləri bütün rəqiblərini qabaqlayaraq kubokun sahibi olublar.
İkinci yeri “Gəncə-1” komandası tutub. Lənkəran təmsilçiləri isə üçüncü pillədə qərarlaşaraq mükafatçılar sırasına düşüblər.
Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə güləşçilər arasında rəqabəti gücləndirmək, bölgələrdə güləşin inkişafına dəstək vermək və idmançıların yarış təcrübəsini artırmaq olub.
Turnir həmçinin perspektivli gənc güləşçilərin üzə çıxarılması baxımından əhəmiyyət daşıyıb.




