"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında məğlub olub.
Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi "Dinamo"nun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
II təsnifat mərhələsinin "Azərsun Arena"da baş tutan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
"Qarabağ"ın futbolçusu Viktor Ani Çidioke 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Rəqibin heyətində Yona Benkotiç 54-cü dəqiqədə penaltidən yararlana bilməsə də, 67-ci dəqiqədə tarazlığı bərpa edib. 90-cı dəqiqədə isə Roko Ban Zaqreb təmsilçisinin qələbə qolunu vurub.
Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu noyabrın 4-də keçiriləcək.





