İdman · Milli.az

İspaniya kubokunun bütün oyunları ləğv edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya kubokunun bütün oyunları ləğv edildi xəbəri üçün şəkil

İspaniyada baş verən qatar qəzasından sonra Kral Kubokunun bu gün keçirilməsi planlaşdırılan birinci turunun bütün oyunları təxirə salınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

"Böyük İspaniya futbol ailəsi bu faciə ilə bağlı kədər içində birləşərək, bu dəhşətli qəzanın qurbanlarına kömək etmək üçün hakimiyyət orqanlarına dəstəyini təklif edir.

Yenilənmiş cədvəl yaxın vaxtlarda dərc olunacaq", - məlumatda bildirilib.

Qeyd edək ki, İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ən azı 64 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑