İdman · Futbolpress.az

“Səbail”in futbolçusu və prezidentinə ağır cəza

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Səbail”in futbolçusu və prezidentinə ağır cəza xəbəri üçün şəkil

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqada keçirilən “Şahdağ Qusar” – “Səbail” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununun 69-cu dəqiqəsində “Səbail” komandasının 27 nömrəli futbolçusu Pərviz Azadov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununda “Səbail” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununun 85-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Səbail” komandası 600 manat cərimə edilsin (maddə 86.3);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Səbail” komandası 1500 manat cərimə edilsin (maddə 52.5);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının prezidenti Mirzə Bayrampur dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4, 53);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının 38 nömrəli futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4, 53);

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑