Futzal üzrə Çempionlar Liqasının V qrupunda mübarizə aparan "Araz-Naxçıvan" ilk matçında Macarıstanın "Uypeşt" klubunu 5:4 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin oynayan baş məşqçisi Fərid Ələkbərov qələbə ilə başa çatan qarşılaşmadan sonra fikirlərini bölüşüb:
"Rəqib gözlədiyimiz kimi idi. Bir-birini çox yaxşı başa düşən, xeyli müddət birgə oynamış və heyətində milli üzvləri olan komanda ilə qarşılaşdıq. Bu, onlar üçün üstünlük yaradırdı. Çox çətin oyun keçdi, lakin futbolçularım gözlədiyimdən də yaxşı çıxış etdilər. Hazırda elə bir səviyyədəyik ki, belə komandalarla başabaş oynayırıqsa, deməli, hər kəslə mübarizə apara bilərik".
Təcrübəli mütəxəssis növbəti oyunaa olan gözləntilərindən də söz açıb:
"Növbəti rəqibimiz Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"dır. Onları "Uypeşt"dən iki dəfə üstün hesab edirəm. Oyunlarını izləmişəm, çox aqressiv, təcrübəli və eyni zamanda daha gənc heyətə sahibdirlər. Bizi qarşıda ağır oyun gözləyir".



