İdman · İdman.biz

Serxio Ramos Luka Donçiçin 52 xallıq çıxışına heyran qaldı - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Serxio Ramos Luka Donçiçin 52 xallıq çıxışına heyran qaldı - FOTO xəbəri üçün şəkil

İspaniya millisinin və “Real Madrid”in sabiq müdafiəçisi Serxio Ramos NBA-də çıxış edən sloveniyalı basketbolçu Luka Donçiçin növbəti uğurlu oyununa münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Ramos sosial şəbəkədə “Los-Anceles Leykers”in oyunçusunu “Yuta Caz” üzərində 132:123 hesablı qələbədə göstərdiyi performansa görə təbrik edib.

“Don Luka Donçiç, səninlə necə də fəxr edirəm, dostum! Sən inanılmazsan. Bu, əsl ustad dərsidir. Oyununu izləmək böyük zövqdür. Belə davam et, canavar!” - deyə Ramos yazıb.

Donçiç qarşılaşmanın ən məhsuldar basketbolçusu olub. O, 52 xal toplamaqla yanaşı, səkkiz ribaund, 10 məhsuldar ötürmə və iki topalma ilə yadda qalıb. Sloveniyalı oyunçu dörd dəfə top itkisinə yol verib.

Qeyd edək ki, Donçiç “Real Madrid”in yetirməsidir. O, 2018-ci ildə NBA-yə yollanaraq “Dallas Maveriks”də çıxış etməyə başlayıb, 2025-ci ildən isə “Los-Anceles Leykers”in formasını geyinir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑