İdman · Bizim.Media

“Beşiktaş”dan TFF-yə SƏRT ETİRAZ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Beşiktaş”dan TFF-yə SƏRT ETİRAZ xəbəri üçün şəkil

“Beşiktaş” klubu “Qalatasaray” - “Fənərbağça” derbisindən (2:1) sonra baş verən kütləvi davaya münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasını (TFF) və oyunun yayımçısını ikili standartlarda ittiham edib. Klub bununla bağlı bəyanat yayıb.
 

“Beşiktaş” bir neçə həftə əvvəl futbolçusu Duşan Vlahoviçin hərəkətinin dəfələrlə və müxtəlif rakurslardan yayımlandığını xatırladıb. Klubun sözlərinə görə, bu görüntülər futbolçunun diskvalifikasiya olunmasına zəmin yaradıb.


İstanbul təmsilçisi son derbidəki kütləvi dava zamanı isə yayımçının ümumi planlara keçərək hadisələri göstərməkdən yayındığını bildirib.

“Beşiktaş”dan söhbət gedəndə niyə yaxın planlardan istifadə olunur, digər klubların iştirakı ilə baş verən insidentlər isə ümumi planlarla ört-basdır edilir?” - deyə bəyanatda qeyd olunub.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑