Dünya · News24.az

Ukraynada atəşkəs genişlənib - Melaniya Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada atəşkəs genişlənib - Melaniya Tramp xəbəri üçün şəkil

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında əldə olunmuş lokal atəşkəsin Xerson vilayətində daha geniş əraziyə şamil edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Melaniya Tramp bildirib ki, atəşkəsin əhatə dairəsi Oleşki şəhərindən kənara çıxarılıb. Məqsəd humanitar yardım karvanlarının təhlükəsiz hərəkətini təmin etməkdir.

Onun sözlərinə görə, mülki əhalinin təhlükəsizliyi və zəruri yardımların çatdırılması üçün humanitar əməliyyatın başlanması əvvəlcədən nəzərdə tutulduğundan iki gün tez həyata keçirilib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında məhdud atəşkəs Oleşki şəhərində ağır humanitar vəziyyətin aradan qaldırılması məqsədilə əldə olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑