Dünya · News24.az

ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq xəbəri üçün şəkil

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp 13 nəfərin ölümünə və 32 nəfərin yaralanmasına səbəb olan hücuma görə məhkum edilmiş keçmiş ordu mayoru Nidal Malik Həsənin edamının canlı yayımlanmayacağını açıqlayıb.

News24.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, Həsən 13 nəfəri, o cümlədən hamilə hərbçi qadını və onun bətnindəki körpəni öldürüb, daha 32 nəfəri isə ağır yaralayıb.

Trampın sözlərinə görə, Federal Təhqiqat Bürosu Barak Obama administrasiyası dövründə Həsənlə radikal din xadimi Ənvər əl-Əvləki arasındakı elektron yazışmaları ələ keçirsə də, həmin vaxt müstəntiqlər bu yazışmaları təhlükə hesab etməyiblər. Prezident bunu sonradan “ciddi kəşfiyyat uğursuzluğu kimi qiymətləndirilən hadisə” adlandırıb.

Donald Tramp edamın canlı yayımlanmasının terrorçular üçün çəkindirici təsir göstərə biləcəyini düşündüyünü, lakin bir çox insanın belə görüntüləri izləmək istəmədiyini qeyd edib.

“Onun edamı planlaşdırıldığı kimi güllələnmə yolu ilə həyata keçiriləcək, lakin canlı yayımlanmayacaq. Bununla belə, qurbanların yaxın ailə üzvləri istədikləri təqdirdə, edamı şəxsən izləyə biləcəklər. Onların ədalətin yerini tapmasına şahid olmaq hüququ var”, – deyə Tramp vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑