Dünya · SİA

ABŞ-dan İrana görə Kuba bankına sanksiya "sürprizi"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-dan İrana görə Kuba bankına sanksiya "sürprizi" xəbəri üçün şəkil

ABŞ məhdudlaşdırıcı siyahılara bir Kuba bankını, daha 10 hüquqi və 16 fiziki şəxsi daxil etməklə, İrana qarşı sanksiyaları genişləndirib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bildirişində deyilir.

ABŞ dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Kubanın "Banco Internacional de Comercio, S.A." bankı İran banklarına maliyyə xidmətləri göstərdiyi ehtimalına görə sanksiyalara məruz qalıb.

Məhdudiyyətlər həmçinin İran, İraq və Honkonqda qeydiyyatdan keçmiş şirkət, maliyyə təşkilatlarına da şamil edilib. Xüsusilə də, İraqın "International Development Bank" (IDB) bankı sanksiya siyahısına salınıb. Məlumatda deyilir ki, yeni məhdudiyyətlərə məruz qalan 16 fiziki şəxsin hamısı İran vətəndaşıdır.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑