Dünya · Azxeber.com

Tramp: Latın Amerikasında bu obyektlərə zərbələr gücləndiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Latın Amerikasında bu obyektlərə zərbələr gücləndiriləcək xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Latın Amerikası ölkələrində narkokartellərlə əlaqəsi olduğu ehtimal edilən yerüstü obyektlərə zərbələri gücləndirəcək.
Bu barədə Amerika lideri Ağ Evdə çıxışı zamanı bildirib.
"Yerüstü əməliyyat əslində yeni başlayır. O, bir neçə ay əvvəl başlayıb və biz onlara güclü zərbələr endiririk. Biz onların marşrutlarını bilirik, kartel üzvlərinin harada yaşadıqları da məlumdur. Əməliyyat davam etdikcə zərbələr də güclənəcək", - Tramp bildirib.
Onun sözlərinə görə, narkokartellərin təslim olmaq üçün hələ vaxtı var.
"Bununla Meksika məşğul olmalıdır, lakin sözün açığı, ölkə buna qadir deyil", - ABŞ Prezidenti əlavə edib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑