Dünya · Modern.az

Paşinyanın rəqibləri erkən seçkilərə razıdır: “Tarixi deyin, keçirək”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyanın rəqibləri erkən seçkilərə razıdır: “Tarixi deyin, keçirək”
Paşinyanın rəqibləri erkən seçkilərə razıdır: “Tarixi deyin, keçirək”

Ermənistanda iş adamı və müxalif siyasətçi Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası növbədənkənar seçkilərin keçirilməsinə hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyan Baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı açıqlamasına münasibət bildirib.

“Biz hazırıq. Sadəcə, günü deyin. İnsanlar sonsuz güzəştlərə qarşı səslərini ucaltmalıdırlar”, – deyə Narek Karapetyan sosial şəbəkədə yazıb. O, partiyanın lideri Samvel Karapetyanın qardaşı oğludur.

Qeyd edək ki, oktyabrın 22-də keçirdiyi brifinqdə Nikol Paşinyan Azərbaycanla sülh gündəliyi çərçivəsində yeni Konstitusiyanın qəbuluna nail olmaq məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib.

Baş nazirin sözlərinə görə, hakimiyyət konstitusion çoxluq əldə etməyə çalışacaq. Xatırladaq ki, son parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz səs toplayıb.

Paşinyan müxalifət nümayəndələrini bunun mühüm və prinsipial məsələ olduğuna inandırmağa çalışacaqlarını bildirib.

“Biz müxalifətdəki həmkarlarımızı bunun çox vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq”, – deyə o vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, bu məqsədə nail olmaq mümkün olmasa, hakim qüvvə növbədənkənar seçkilər də daxil olmaqla, digər ssenarilərə əl atacaq.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑