Dünya · Axar.az

ABŞ erməni sərhədçilərə avadanlıq bağışladı - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ erməni sərhədçilərə avadanlıq bağışladı - Foto xəbəri üçün şəkil

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıqlar təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə Amerikanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, təhvilvermə ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi proqramı çərçivəsində həyata keçirilib:

“Avadanlıq və texnika Ermənistan Sərhəd Xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və insanların və malların təhlükəsiz hərəkətinin yaxşılaşdırılmasına töhfə verməlidir. Bu dəstək ABŞ-ın Ermənistanın sərhəd idarəçiliyi imkanlarını gücləndirməyə və regionda qarşılıqlı əlaqələrin inkişafına (o cümlədən “Tramp yolu”) töhfə verməyə sadiqliyini əks etdirir”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑