Dünya · Axar.az

Bu ölkə KTMT-dən faktiki olaraq çıxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkə KTMT-dən faktiki olaraq çıxıb xəbəri üçün şəkil

KTMT-yə üzv dövlətlərin liderləri noyabrın 11-də keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatda gələcək üzvlüyü məsələsini nəzərdən keçirə bilər.

Axar.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov İrəvanın təşkilatdakı statusunun rəsmiləşdirilməsi ehtimalını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu həssas məsələyə baxılması qarşıdakı yüksək səviyyəli görüşün rəsmi gündəliyindən asılıdır:

“Sözügedən məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, bu, baş verə bilər”.

Baş katib həmçinin Ermənistan tərəfinin yüksək siyasi səviyyədə iştirakını dondurmasına və bir sıra tədbiri boykot etməsinə baxmayaraq, İrəvanla işgüzar dialoqun tamamilə dayandırılmadığını qeyd edib:

“Ermənistanın daimi nümayəndəsi təşkilatın Daimi Şurasının iclaslarında hər həftə iştirak edir və görünür, müzakirə olunan bütün məsələlər barədə ölkəsinə məlumat verir”.

Bununla belə, o, Ermənistanın təşkilatdan “de-fakto” çıxdığını da təsdiqləyib.

“Onlar (Ermənistan – red.) həftəlik hesabatları dinləyirlər, lakin əsas tədbirlərimizdə, təlimlərimizdə və sairədə iştirak etmirlər”, - Masadıkov əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑