Dünya · Modern.az

Larisa Dolina yenə dələduzluğun qurbanı oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Larisa Dolina yenə dələduzluğun qurbanı oldu
Larisa Dolina yenə dələduzluğun qurbanı oldu

Rusiyalı müğənni Larisa Dolina və digər tanınmış şəxslər müştərilərinə təxminən 10 milyon rubl zərər vuran “AyfonBerri” internet mağazası ətrafında yaranmış qalmaqalla gündəmə gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

“Maş” teleqram kanalının yaydığı məlumata görə, müğənni Proxor Şalyapin yeni “iPhone” müqabilində mağazanın reklamında iştirak etməyin ona və digər məşhurlara təklif olunduğunu bildirib. 

Kanalın məlumatına əsasən, müştəriləri “Apple”, “Samsung” və “Dyson” məhsullarına 30 faizə qədər endirim vədi ilə cəlb ediblər. Alıcılar sifarişlərin tam dəyərini əvvəlcədən ödəyiblər. Məhsulların Dubaydan 30 gün ərzində çatdırılacağı vəd edilsə də, sifarişlər gömrük rəsmiləşdirilməsi mərhələsində ilişib qalıb. Ləğv edilən sifarişlərə görə ödənilən pullar isə geri qaytarılmayıb.

Nəticədə, təxminən 200 nəfər zərər çəkib.

Daha sonra “AyfonBerri”nin adı “Mağazin Vilsakom” olaraq dəyişdirilib, sayt isə fəaliyyətini dayandırıb. Zərərçəkənlərə təxminən 20 keçmiş əməkdaş da qoşulub. Onlar əməkhaqlarının ödənilmədiyini bildirirlər.

Zərərçəkənlər polisə kollektiv müraciətlər hazırlayırlar.

“Maş”ın məlumatına görə, Proxor Şalyapin məşhurların bu məsələdə günahının nədən ibarət olduğunu anlamadığını deyib. Onun sözlərinə görə, onlar sadəcə reklam çarxında çəkiliblər və müqabilində telefon hədiyyə alıblar. Müğənni həmin mağazanın arxasında duran şəxsləri şəxsən tanımadıqlarını və özlərinin də aldadıldıqlarını bildirib.

Larisa Dolina da dələduzların qurbanı olub

Qeyd edək ki, Larisa Dolina daha əvvəl də dələduzların qurbanına çevrilib. Özlərini xüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər müğənnini əmlakını itirmək təhlükəsi ilə üzləşdiyinə inandırıblar.

Bundan sonra müğənni Moskvanın Xamovniki rayonunda yerləşən premium sinif mənzilini 112 milyon rubla satıb. O, satışdan əldə etdiyi vəsaiti şəxsi yığımları ilə birlikdə, ümumilikdə təxminən 200 milyon rublu dələduzların “təhlükəsiz” hesablar kimi təqdim etdikləri bank hesablarına köçürüb.

Məhkəmə alqı-satqı müqaviləsini ləğv edərək mənzili müğənniyə qaytarıb. Lakin Dolina pulunu itirib, dələduzlar isə real həbs cəzalarına məhkum ediliblər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑