Dünya · Bizim.Media

Məşhur yapon yazıçısı Murakami vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur yapon yazıçısı Murakami vəfat etdi xəbəri üçün şəkil

Məşhur yapon yazıçısı Ryu (Ryunoske) Murakami 74 yaşında vəfat edib.
 
Bizim.Media xəbər verir ki, bu barədə “Gentosha” nəşri məlumat yayıb.

Yazıçı oktyabrın 17-də evində dünyasını dəyişib. Onun ölümü barədə məlumat oktyabrın 23-də açıqlanıb.
 
Qeyd edək ki, 1952-ci ildə Yaponiyanın Naqasaki prefekturasında doğulan Murakami 1976-cı ildə “Demək olar ki, şəffaf mavi” debüt romanı ilə nüfuzlu Akutaqava mükafatına layiq görülüb.

“Coin Locker Babies”, “69” və “In the Miso Soup” kimi əsərlərin müəllifi olan yazıçı, həmçinin kinorejissor, ssenarist və televiziya aparıcısı kimi fəaliyyət göstərib.
 
Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑