Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflərinə Donbasda silahsızlaşdırılmış zonanın yaradılması və Kiyevin NATO üzvlüyündən imtina etməsi daxildir.
Publika.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Jurnalın məlumatına görə, Ukraynaya investisiya paketi və Avropa Birliyinə üzvlük perspektivi təklif olunacaq.
Bu arada Rusiya ABŞ ilə işgüzar razılaşmalar, sanksiyaların aradan qaldırılması və siyasi münasibətlərin normallaşdırılmasını əldə edəcək. Moskva üçün digər bir stimul isə “Şimal Axını” ilə qaz tədarükünün bərpa edilməsidir.
Oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçisi Stiven Uitkovla görüşüb. Görüşdən sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva Ukrayna böhranının həlli üçün noyabr ayında Vaşinqton və Kiyevlə üçtərəfli danışıqları bərpa etməyə hazırdır.
Müəllif: Tural




