Dünya · Modern.az

Medvedev Zelenskini təhqir etdi: “Yaşıl bit qəzəblənib”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Medvedev Zelenskini təhqir etdi: “Yaşıl bit qəzəblənib”
Medvedev Zelenskini təhqir etdi: “Yaşıl bit qəzəblənib”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenski haqqında növbəti dəfə təhqiramiz ifadələr işlədib.

Modern.az xəbər verir ki, Medvedev ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi və “SpaceX” şirkətinin “Starlink” peyk rabitə sisteminin hərbi xidmətləri ilə bağlı məhdudiyyətlərə münasibət bildirərkən Zelenskini hədəfə alıb.

“Yaşıl bit amerikalılardan kəşfiyyat məlumatları ala bilmədiyi üçün qəzəblənib. Bu məlumatlar olmadan o, kor vəziyyətə düşür, özünü itirir və təşvişə qapılır. Bəs nə gözləyirdi? Sənə dəstək verənlərə qarşı kobudluq edəndə onlar qəzəblənirlər”, – Medvedev bildirib.

Rusiya rəsmisi ABŞ Prezidenti Donald Trampı Almaniyanın keçmiş kansleri Olaf Şoltsla da müqayisə edib:

“Tramp Şolts deyil. O, ‘qaraciyər kolbasası’ olmaq istəmir və qansoran həşəratların onu dişləməsini xoşlamır”.

Qeyd edək ki, Medvedev bundan əvvəl də Ukrayna rəhbərliyinə, xüsusilə Prezident Volodimir Zelenskiyə qarşı sərt və təhqiramiz açıqlamaları ilə gündəmə gəlib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑