Dünya · Banker.az

Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir xəbəri üçün şəkil

Ağ Ev rəhbəri Donald Tramp belə bir fikir səsləndirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə razılaşma əldə etməyə Ukrayna lideri Volodimir Zelenskidən daha çox can atır.

Banker.az xəbər verir ki, Tramp öz mövqeyini Ohayo ştatına uçmazdan əvvəl jurnalistlərlə söhbətində açıqlayıb.

“Mən düşünürəm ki, onlar razılaşma bağlayacaqlar. Düşünürəm ki, Putin, əslində, razılaşma bağlamağı Zelenskidən daha çox istəyir”, – Amerika lideri iddia edib.

Bununla yanaşı, o əlavə edib ki, tərəflər razılaşma bağlamaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər: “Biz onları məcbur edəcəyik ki, saziş bağlasınlar”.

Ağ Ev rəhbəri həmçinin tərəflərdən heç birinin enerji barışığına öz razılığını təsdiqləməməsi ilə bağlı sualı da cavablandırıb.

“Onlar razılaşıblar. Bilirsiniz, niyə? Çünki mən dedim: “Siz razılaşırsınız”. Məhz buna görə”, – Tramp bildirib.

Dizel yanacağı üzrə Moskva və Vaşinqton arasındakı razılaşmalara dair partiyadaşlarının tənqidlərini şərh edən ABŞ Prezidenti bildirib ki, bu saziş bütün dünya üçün nəzərdə tutulub və o, enerji daşıyıcıları bazarlarına böyük təsir göstərəcək.

Tramp həmçinin vurğulayıb ki, 18-19 noyabr tarixlərində Çində APEC sammitində iştirak etmək üçün Asiyaya səfəri çərçivəsində KXDR lideri Kim Çen İnlə görüşə bilər.

“Görüşə bilərəm. Bu, həyəcanverici olacaq, elə deyilmi? Amma mən onunla yaxşı yola gedirəm”, – o, müvafiq suala cavab olaraq bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑