Dünya · Globalinfo.az

İki nəhəng ölkəyə meydan oxudu: “İtirəcəkləri çox şey var!”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki nəhəng ölkəyə meydan oxudu: “İtirəcəkləri çox şey var!” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranı dəstəkləməkdə ittiham olunan Çin və Rusiya ilə bağlı açıqlamalar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, aralıq seçkiləri ərəfəsində keçirilən mitinqdə çıxışı zamanı danışıb.

O, hər iki ölkənin Tehrana yardım göstərdiyi barədə iddialarla razılaşmadığını deyib.

“Əgər belədirsə, bu, çox pisdir. Lakin onların yardım etdiyini düşünmürəm. Onların itirəcəkləri çox şey var və biz bunu anlayarıq, özü də çox tez anlayarıq”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Rusiya ilə bağladığı dizel yanacağı sazişini də şərh edən Tramp bildirib: “Rusiya ilə bağladığım dizel sazişi əslində mənim üçün bağlanmış saziş deyil. Bu, dünyanın qalan hissəsi üçün bağlanmış sazişdir”.

Günay Rəsulqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑