Bakı.Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində aralarında Azərbaycan vətəndaşlarının da olduğu 112 əcnəbini ölkədən deportasiya ediblər.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
DİN-in məlumatına görə, Gürcüstandan Azərbaycan, Ermənistan, Banqladeş, Burundi, Vyetnam, Misir, İordaniya, Hindistan, İraq, Keniya, Livan, Mərakeş, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan və digər ölkələrin vətəndaşları deportasiya olunublar.
Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Son vaxtlar Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı fəal mübarizə aparılır. Ölkə parlamenti deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirməklə miqrasiya qanunvericiliyini sərtləşdirib. Respublikanın Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığı barədə məlumat verir.
DİN-in məlumatına görə, ilin əvvəlindən bəri Gürcüstandan 3,3 minədək qanunsuz miqrant çıxarılıb.



