Dünya · Publika.az

Pilot bu ölkənin vətəndaşı olduğu üçün təyyarənin Təl-Əvivə enişinə icazə verilmədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pilot bu ölkənin vətəndaşı olduğu üçün təyyarənin Təl-Əvivə enişinə icazə verilmədi xəbəri üçün şəkil

İsrail aviasiya qurumları ekipaj üzvlərindən birinin İndoneziya vətəndaşı olduğunu öyrəndikdən sonra “Ethiopian Airlines” aviaşirkətinə məxsus yük təyyarəsinin Təl-Əviv hava limanına enməsinə icazə verməyib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

Hadisə bazar ertəsi baş verib. Əddis-Əbəbədən Təl-Əvivə uçan təyyarənin ekipaj siyahısı İsrail tərəfinə uçuşdan sonra təqdim edilib. Sənədləri yoxlayan aviasiya qurumları pilotlardan birinin İndoneziya vətəndaşı olduğunu müəyyənləşdirib.

İsrailin aviasiya qaydalarına əsasən, ölkə ilə diplomatik münasibətləri olmayan dövlətlərin vətəndaşı olan pilotlar İsrail ərazisinə uçuş həyata keçirə bilməzlər.

Enişə icazə verilmədikdən sonra təyyarə yanacağın bir hissəsini havada boşaldaraq Efiopiyaya qayıdıb. Pilot dəyişdirildikdən sonra təyyarə yenidən İsrailə yola düşüb və Təl-Əviv hava limanına enib.

"Ynet" yazır ki, “Flydubai” təyyarəsi ilə bağlı insidentdən sonra İsrail hakimiyyəti hava məkanına nəzarəti gücləndirib, ölkəyə uçan təyyarələrin ekipaj və sərnişin siyahılarını daha ciddi yoxlamağa başlayıb.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑