Bu gün səhər saat 6 radələrindən etibarən Sistan və Bəlucistan əyalətinin Təftan şəhərətrafı ərazisində SEPAH qüvvələri ilə silahlı şəxslər arasında qarşıdurma başlayıb.
Axar.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.
Məlumata görə, ağır toqquşma Çahəhməd və Arzantak ərazilərindəki “Döngə” dağının yüksəkliklərində baş verib.
Toqquşmaların hələ də davam etdiyi bildirilir.
Yayılan görüntülərdə çox sayda zirehlı texnika və hərbi qüvvələrin hadisə yerinə getdiyi müşahidə olunur.
Bununla yanaşı əyalət mərkəzi Zahidan şəhərinə yaxın ərazilərdə hökumət qüvvələri magistral yolun ətrafında istehkamlar qurub.
Yerli mənbələr qarşıdurma yerinə çox sayda ambulansların getdiyinə görə ölü və yaralı sayının çox olduğu barədə ehtimallar səsləndirsələr də, SEPAH 3 silahlı şəxsin öldürüldüyünü bildirib.



