Ermənistanın Geğarkunik vilayətində yerləşən hərbi hissələrdən birində başından güllə yarası alan hərbçi ağır vəziyyətdə İrəvana çatdırılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan yerli mediaya bildirib.
Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, hərbçi silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.
Aram Torosyan hərbçinin həyatına təhlükə olmadığını qeyd edib.



