Dünya · Trend.az

Polşada Tuskun qətlinə dair çağırışlar edən şəxs saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşada Tuskun qətlinə dair çağırışlar edən şəxs saxlanılıb xəbəri üçün şəkil

Bakı.Trend:

Polşanın Oborniki şəhərində hüquq mühafizə orqanları ölkənin Baş naziri Donald Tuskun öldürülməsinə çağırış etməkdə şübhəli bilinən 46 yaşlı Polşa vətəndaşını saxlayıb.

Bu barədə Polşa hökumətinin mətbuat katibi Adam Şlapka məlumat verib.

“Dünən Obornikidə polis Polşa hakimiyyətinin, o cümlədən Baş nazirin və Seymin spikerinin öldürülməsinə internetdə açıq çağırışlar etməkdə şübhəli bilinən 46 yaşlı kişini saxlayıb”, – Şlapka “X” sosial şəbəkəsində yazıb.

Bu, son günlər Tusk və Polşanın digər aparıcı siyasətçilərinə qarşı təhdidlərin yayılması ilə əlaqədar ikinci saxlanılma hadisəsidir. Oktyabrın 11-də Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa təhdidlər göndərməkdə şübhəli bilinən 60 yaşlı kişi saxlanılmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑