Beynəlxalq Valyuta Fondu (BVF) qlobal inflyasiya proqnozunu artırıb.
Publika.az xəbər verir ki, Fond bu il və 2027-ci ildə inflyasiyanın 4 faizdən yuxarı qalacağını bildirib.
Aprel ayında BVF qlobal qiymətlərin ötən ilki 4,1%-dən 4,4 faizə qədər artacağını, gələn il 3,7%-ə qədər enəcəyini proqnozlaşdırmışdı. Lakin indi Fondun ekspertləri inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq 4,7 faiz və 4,1 faiz olacağını gözləyirlər.
BVF həmçinin simvolik olaraq 2026-cı il üçün qlobal iqtisadi artım proqnozunu 3%-dən 3,1%-ə qaldırıb. 2027-ci ildə artımın 3,4%-ə çatacağı gözlənilir ki, bu da hələ də 2025-ci il üçün proqnozlaşdırılan 3,5%-dən aşağıdır.
Hesabatın müəllifləri vurğulayırlar ki, "yeddi ildən az müddətdə qlobal iqtisadiyyat misli görünməmiş bir sıra hadisələrlə qarşılaşıb".
Müəllif: Tural
.jpg)




