Dünya · Təzadlar

Kolumbiya İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kolumbiya İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Kolumbiya İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü və bu, 46 ildən sonra diplomatik missiyasının ilk dəfə köçürülməsi deməkdir.

Tezadlar.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar və Kolumbiyalı həmkarı Ömər Bula Eskobar Qüdsdəki yeni səfirlik binasının açılışında iştirak ediblər.

X platformasındakı açıqlamada İsrailin xarici işlər naziri Saar səfirliyin Qüdsə köçürülməsi qərarına görə Kolumbiya prezidenti Abelardo de la Espriella-ya təşəkkür edib.

Saar bildirib ki, Kolumbiya seçkilərindən əvvəl Buenos-Ayresdə Espriella ilə görüşmüşdür və Espriella prezident seçiləcəyi təqdirdə səfirliyi dərhal Qüdsə köçürəcəyinə söz verib. Saar həmçinin qeyd edib ki, xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Qüdsdəki xarici səfirliklərin sayını ikiqat artırıb.

Azad ticarət sazişi bərpa edildi

Kolumbiyanın xarici işlər naziri Ömər Bula Eskobarın İsrailə səfəri zamanı Qustavo Petronun prezidentliyi dövründə ləğv edilmiş iki ölkə arasında azad ticarət sazişinin bərpa edildiyi bildirilib.

Petro 2024-cü ilin may ayında Qəzzada Fələstin xalqına qarşı hücumları əsas gətirərək İsrail ilə diplomatik əlaqələri kəsib. O, həmçinin Esperellanın səfirliyi Qüdsə köçürmək qərarına mənfi reaksiya verərək bunun “bütün İslam dünyasına qarşı ən böyük hörmətsizlik” olacağını söyləyib.

İsrail 1967-ci ildə işğal etdiyi Şərqi Qüds də daxil olmaqla, birtərəfli olaraq Qüdsü 1980-ci ildə paytaxt elan edib. Lakin dünyanın bir çox ölkəsi Qüdsü İsrailin paytaxtı kimi tanımır və səfirliklərini Təl-Əvivdə saxlayır.

ABŞ, Qvatemala, Honduras, Kosovo, Paraqvay, Papua Yeni Qvineya və Ficinin Qüdsdə səfirlikləri var. Bundan əlavə, Somalidən birtərəfli şəkildə müstəqillik elan edən və İsrail tərəfindən tanınan Somaliland sözdə səfirliyini Qüdsdə açıb.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑