Dünya · Trend.az

Azərbaycana səfərə yola düşüb (FOTO)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycana səfərə yola düşüb (FOTO) xəbəri üçün şəkil

Bakı.Trend:

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak etmək üçün Bakıyaya yola düşüb.

Bu barədə Tacikistanın “Xobar” Milli İnformasiya Agentliyi məlumat yayıb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu Düşənbə Beynəlxalq Hava Limanında Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisinin sədri, Ali Məclisin Nümayəndələr Məclisinin sədri, ölkənin baş naziri, Tacikistan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinin birinci müavini və digər rəsmi şəxslər yola salıblar.

Səfər zamanı Tacikistan Prezidentini xarici işlər naziri, Prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, ölkənin Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər müşayiət edirlər.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) VII sammiti keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑