Bolqarıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri ölkədə ikinci turun baş tutacağını göstərir.
Modern.az xəbər verir ki, Bolqarıstan Milli Televiziyasının məlumatına əsasən, hazırkı prezident İliyana Yotova ilkin sorğularda liderdir.
“Alpha Research” şirkətinin exit-poll nəticələrinə görə, Yotova 35,3 faiz, onun əsas rəqibi Andrey Gyurov isə 32,4 faiz səs toplayıb.
Namizədlər arasında əsas fikir ayrılıqlarından biri Rusiya ilə münasibətlər və Ukraynaya dəstək məsələsidir.
Yotova Moskva ilə dialoqun tərəfdarı kimi çıxış edir. Gyurov isə Qərblə əməkdaşlığın və Ukraynaya dəstəyin gücləndirilməsini müdafiə edir.
İkinci turun noyabrın 1-də keçirilməsi gözlənilir.





