Dünya · Publika.az

Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq xəbəri üçün şəkil

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç rəhbərlik etdiyi seçki siyahısının növbədənkənar parlament seçkilərində məğlub olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Vuçiç ilkin məlumatlara əsasən, rəqib "Tələbə siyahısı"nın 135–140, özünün rəhbərlik etdiyi siyahının isə təxminən 105 mandat qazanacağını deyib.

O, mübarizəni davam etdirəcəklərini də vurğulayıb.

Qeyd edək ki, səsvermə prosesini 622-si xarici olmaqla 16 mindən çox müşahidəçi izləyib.

Bülletenlərdə 18 seçki siyahısı təmsil olunub. Əsas rəqiblər hakim Serbiya Proqressiv Partiyasının (SPP) sentyabrın 27-də prezident vəzifəsindən istefa verən Aleksandr Vuçiçin rəhbərlik etdiyi “Birləşmiş Serbiya” siyahısı və “Tələbə siyahısı” birliyi olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑