Dünya · Azxeber.com

İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb xəbəri üçün şəkil
İsrail ordusu oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində hazırlıq səviyyəsini ən yüksək həddə çatdırıb və ölkənin müxtəlif bölgələrinə on minlərlə hərbçi yerləşdirib.
Məlumata görə, Qəzza zolağı, Livan sərhədi, İordan çayının qərb sahili və Qüds ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
İsrail ordusu İran və ya Livandan mümkün raket hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərinin hazırlığını da artırıb.
Ordunun açıqlamasına görə, oktyabrın 27-də seçki günü bütün quru keçid məntəqələri bağlanacaq. Həmçinin ölkənin şimal və mərkəzi hissələrində mümkün gözlənilməz hücumlara qarşı hərbi təlimlər keçiriləcək.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑