Almaniya Bundesliqasının V turunda "Auqsburq"la səfər oyununa çıxan "Bavariya" klubu çempionat tarixinin ən erkən qolunu buraxıb.
Modern.az "Opta"ya istinadən xəbər verir ki, "Auqsburq"un yarımmüdafiəçisi Robin Fellhauyer qarşılaşmanın 8-ci saniyəsində fərqlənib. Buna "Bavariya"nın qapıçısı Manuel Noyerin kobud səhvi səbəb olub.




