Dünya · Modern.az

ABŞ diplomatlarına Səudiyyəni tərk etmək tapşırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ diplomatlarına Səudiyyəni tərk etmək tapşırılıb
ABŞ diplomatlarına Səudiyyəni tərk etmək tapşırılıb

ABŞ Husilərin bir sıra hücumlarından sonra bəzi diplomatlarına və dövlət qulluqçularının ailə üzvlərinə Səudiyyə Ərəbistanını tərk etmək barədə göstəriş verib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqqott məlumat yayıb.

“ABŞ Dövlət Departamenti yalnız Səudiyyə Ərəbistanında fövqəladə vəziyyətlə əlaqəli olmayan ABŞ dövlət qulluqçularının və onların ailə üzvlərinin ölkəni tərk etməsi barədə göstəriş verib”, – deyə o, cümə axşamı “X” sosial şəbəkəsində yazıb.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ-ın Fars körfəzi ölkələrindəki digər səfirliklərinin əməkdaşlarına da ölkələri tərk etmək barədə göstəriş verildiyi ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatlar dəqiq deyil.

Bundan əvvəl bir sıra media orqanları ABŞ səfirliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyni də tərk etmək barədə göstəriş verildiyini bildirmişdi.

Piqqott qeyd edib ki, Husilər Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlarda getdikcə daha fəal iştirak edirlər. Onun sözlərinə görə, bu döyüşlər mülki əhali arasında itkilərə və hərəkət imkanlarında ciddi pozuntulara səbəb olur.

“Departament əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyi bizim ən yüksək prioritetimiz olaraq qalır. Onların müdafiəsini və dəstəklənməsini təmin etmək üçün bütün zəruri addımları atmağa davam edəcəyik”, – deyə Piqqott vurğulayıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑