Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Tibet Muxtar Bölgəsinin Nakçu prefekturasının Baçen qraflığında yerləşib. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.
Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu, 21 nəfərin isə yüngül xəsarətlərlə xəstəxanalarda müalicə aldığı bildirilir. Bununla yanaşı, "Reuters" agentliyi xəsarət alanların sayının 65-ə çatdığını xəbər verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)






