Səhiyyə · Milli.az

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sezen Aksu xəstəxanaya yerləşdirildi xəbəri üçün şəkil

Türkiyənin məşhur müğənnisi Sezen Aksunun səhhəti ilə bağlı xəbər yayılıb. Sənətçinin ötən həftə Nişantaşındakı özəl xəstəxanalardan birində bir neçə gün müalicə aldığı və burada biopsiyadan keçdiyi bildirilib.

Milli.Az xəbər verir ki, türk mediasının məlumatına görə, Aksunun vəziyyəti hazırda yaxşıdır və o, xəstəxanadan evə buraxılıb. Müğənninin bir müddət evində istirahət edəcəyi qeyd olunur.

Biopsiyanın hansı səbəbdən aparıldığı və nəticələrinin necə olduğu barədə isə hələlik rəsmi məlumat yoxdur. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

  
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑