Səhiyyə · Publika.az

Qripi digər soyuqdəymələrdən belə ayırmaq olar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qripi digər soyuqdəymələrdən belə ayırmaq olar xəbəri üçün şəkil

Qripi digər kəskin respirator virus infeksiyalarından (KRVİ) fərqləndirən əsas xüsusiyyət xəstəliyin qəfil başlaması və daha sürətli inkişaf etməsidir.

Publika.az xəbər verir ki, bunu tibb üzrə ekspert Yevgeni Artemenko 360.ru-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, qrip də virusdur, lakin digər respirator infeksiyalarla müqayisədə daha ağır keçir. Qrip zamanı insanın hərarəti qəfil yüksəlir və 38,5 dərəcə və daha çox ola bilər.

Ekspert bildirib ki, məsələn, insan ictimai nəqliyyatdan istifadə etdikdən sonra evə qayıdır və qəfil özünü pis hiss etməyə başlayırsa, bu, qripin xarakterik xüsusiyyətlərindən biri ola bilər.

Artemenkonun sözlərinə görə, xəstəliyin ilk mərhələsində burun axması, boğaz ağrısı və öskürək olmaya bilər. Bu simptomların bir neçə gün sonra ortaya çıxma ehtimalı var.

Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑