Səhiyyə · Yeni Sabah

Bu siqaretlər adi siqaretdən daha təhlükəlidir - XƏBƏRDARLIQ

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu siqaretlər adi siqaretdən daha təhlükəlidir  -  XƏBƏRDARLIQ xəbəri üçün şəkil

Siqaret çəkənlərin bir qismi kəskin tütün qoxusunu və boğazda yaranan yanmanı azaltmaq üçün mentollu siqaretlərə üstünlük verir. Mentol tüstünün daha sərin və yumşaq hiss olunmasına səbəb olur. Lakin bu xüsusiyyət siqareti daha təhlükəsiz etmir.

“Yeni Sabah” xəbər verir ki, mentol siqaretin tüstüsündəki qıcıqlanmanı müəyyən qədər maskalayır. Mentol boğaz və tənəffüs yollarında sərinlik hissi yaradır və tüstünün daha az sərt qəbul edilməsinə səbəb olur.

Bəs mentolun fərqi nədir? pizza sifarişi

Mentolun əsas təhlükəsi onun siqaret tüstüsünü yüngülləşdirmiş kimi hiss etdirməsidir. İnsan daha az öskürə, boğazında daha az yanma hiss edə və tüstünü daha rahat qəbul edə bilər. ABŞ Mayo Klinikasının Nikotin Asılılığı Mərkəzinin direktoru, həkim  Taylor Hays mentolun yüngül yerli keyidici təsir göstərdiyini bildirir. Onun sözlərinə görə, bu təsir tüstünün yaratdığı qıcıqlanmanı azaltdığı üçün insanın daha dərindən nəfəs almasına və daha çox nikotin qəbul etməsinə şərait yaradır. Yəni siqaretin daha yumşaq hiss olunması onun orqanizmə daha az zərər verdiyi anlamına gəlmir.

Adi siqaretdən daha təhlükəlidir?

Bu suala cavab bir qədər fərqlidir. Bəzi tədqiqatlarda mentollu və mentolsuz siqaretlərin ağciyər xərçəngi və digər xəstəliklər üzrə risklərinin oxşar olduğu göstərilib.  Digər tərəfdən, bəzi tədqiqatlarda mentollu siqaret çəkənlərdə müəyyən ürək-damar göstəriciləri və insult riski ilə bağlı daha yüksək nəticələr müşahidə olunub. Araşdırmada mentollu siqaret çəkənlərdə insult ehtimalının mentolsuz siqaret çəkənlərlə müqayisədə daha yüksək olduğu müəyyən edilib.

Ən böyük problem – Asılılığı gücləndirir

Mentolun başqa bir xüsusiyyəti nikotinin təsiri ilə bağlıdır. Belə ki, mentol nikotinin beyindəki təsirini gücləndirir və siqaret asılılığını artırmağa kömək edir. Mentollu siqaret çəkənlər siqareti tərgitməkdə də daha çox çətinlik çəkirlər. Bu, xüsusilə siqaretə yeni başlayan insanlar üçün diqqətçəkən məqamdır. Mentol tüstünün sərtliyini azaltdığı üçün ilk siqareti daha rahat qəbul etməyə səbəb olur. Həkimlər mentollu məhsulların gənclər arasında siqaretə başlama və istifadəyə davam etmə ehtimalını artırdığını qeyd edir.

“Qoxusu azdırsa, zərəri də azdır...” - SƏHVDİR

Mentollu siqaretin qoxusunun və boğazda yaratdığı hissin daha yumşaq olması yalnız tüstünün qəbul edilmə formasını dəyişir. Tütün yandığı zaman yaranan zərərli maddələr yoxa çıxmır. Tütün tüstüsündə 7 mindən çox kimyəvi maddə var və onların ən azı 250-si zərərli, 69-u isə xərçəng törədə bilən maddələrdir. Ona görə mentol əlavə edilməsi siqareti təmiz, yüngül və ya təhlükəsiz məhsula çevirmir.

Taylor Haysın fikrincə, mentolun əsas problemi onun siqaret tüstüsünün yaratdığı qıcıqlanmanı gizlətməsidir. Bu isə siqaret çəkən şəxsin tüstünü daha rahat qəbul etməsinə və nəticədə nikotinə məruz qalmasının artmasına səbəb olur. Mütəxəssisin yanaşmasına görə, mentollu siqareti daha rahat çəkə bilmək məhz onun risklərindən birinə çevrilir: insan tüstünün sərtliyini daha az hiss edir, amma zərərli maddələr orqanizmə daxil olmaqda davam edir.

Əsmətxanım Rzazadə 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑