Səhiyyə · AZƏRTAC

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

Çin ölkənin səhiyyə naziri Sun Lini Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru vəzifəsinə namizəd göstərib.

AZƏRTAC xəbər verir ki, hökumətin məlumatına görə, Sun Li hazırkı Baş direktor Tedros Adhanom Qebreyesusu əvəz etmək üçün namizəd irəli sürülüb.

Çinin hesablamasına görə, Sun Li seçiləcəyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının bütün bəşəriyyətin sağlamlığının və rifahının yaxşılaşdırılmasında daha fəal rol oynamasına kömək edəcək. Bu barədə Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin jurnalistlərə açıqlamasında bildirib.

“Çinin namizəd irəli sürməsi qlobal səhiyyə icmasının formalaşdırılmasının birgə təşviqinə töhfə verir və Pekinin çoxtərəfli yanaşmaya güclü dəstəyini nümayiş etdirir”, - deyə Nin qeyd edib.

Sun Li ana və uşaq sağlamlığının qorunması siyasəti və beynəlxalq əməkdaşlıq sahəsində 20 illik iş təcrübəsinə malikdir.

Namizədlərin tam siyahısı noyabrın əvvəlində keçirilməsi gözlənilən regional komitələrin yekun iclaslarından sonra ÜST tərəfindən açıqlanacaq. ÜST-nin saytında hazırda bu vəzifəyə Səudiyyə Ərəbistanı, Belçika, Qətər, Botsvana, İndoneziya və İspaniyadan altı namizədin təqdim edildiyi bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑