Səhiyyə · Lent.az

Evliliklə bağlı inqilabi ARAŞDIRMA: Boşanan və evlənməyən insanlarda ölüm riski nə qədər yüksəkdir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Evliliklə bağlı  inqilabi ARAŞDIRMA:  Boşanan və evlənməyən insanlarda  ölüm riski  nə qədər yüksəkdir? xəbəri üçün şəkil

Dünyada 600 milyondan çox insanı əhatə edən kütləvi tədqiqatlar evliliyin ömür uzunluğuna təsirini ortaya çıxarıb. Bəs evlilik vaxtından əvvəl ölüm riskini nə qədər azaldır və qadınlar və kişilər üçün vəziyyət necə fərqlənir? 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ekspert professor doktor Aydan Biri bununla bağlı maraqlı məlumatları açıqlayıb...

Evliliyin ölüm riskini azaltdığı sübut edilib. Bunu Menopoz və müsbət uzunömürlülük assosiasiyasının prezidenti və Mamalıq və ginekologiya üzrə mütəxəssis professor doktor Aydan Biri söyləyib. 

"Həyat yoldaşını itirdikdən sonrakı ilk bir neçə ayda ölüm riskinin əhəmiyyətli dərəcədə artması, həyat yoldaşının varlığının həqiqətən qoruyucu olduğunu göstərir", - professor bildirib.

Dünyanın müxtəlif ölkələrində aparılan oxşar tədqiqatların, ümumiyyətlə, oxşar nəticələr verdiyini bildirən professor Biri qiymətləndirməni belə ümumiləşdirib:

24 ölkədə aparilan araşdırmalar

24 ölkədə 600 milyondan çox insanı əhatə edən 104 tədqiqatın meta-analizinə əsasən, boşanmış və ya ayrı yaşayan insanlarda vaxtından əvvəl ölüm riski evli insanlarla müqayisədə 30 faiz yüksəkdir. Bu risk kişilərdə 37 faiz, qadınlarda isə 22 faiz yüksəkdir. “American Journal of Epidemiology” jurnalında dərc olunan 95 təhlilə görə, heç vaxt evlənməmək də riski təxminən 24 faiz artırır. “PLoS One” jurnalında dərc olunmuş dulluq meta-analizinə görə, həyat yoldaşını itirən kişilərdə ölüm riski 23 faiz artır, qadınlarda isə əhəmiyyətli bir artım yoxdur; risk itkidən sonrakı ilk altı ayda zirvəyə çatır. Ürək-damar xəstəliklərindən ölüm, subay kişilərdə subay qadınlara nisbətən daha əhəmiyyətli dərəcədə artır.

Kişilər ən çox evli olmaği sevirlər

Kişilər evlilikdən daha çox şey qazanırlar və evliliyi itirdikdə daha çox şey itirirlər. Evli kişilər daha müntəzəm qidalanır, daha az risk götürür və xəstələnəndə daha tez həkimə müraciət edirlər. 

Qadinlar evliliyin keyfiyyətinə baxirlar

Qadınlar üçün mənzərə daha incədir. “Psychological Bulletin” jurnalında dərc olunmuş 72.000-dən çox insanın iştirak etdiyi 126 tədqiqatın meta-analizinə görə, evliliyin keyfiyyəti sağlam qidalanma kimi vərdişlər qədər sağlamlığa təsir göstərir. Yaxşı evlilik qoruyur, pis evlilik isə stress hormonları, immun sistemi və ürək-damar sistemi vasitəsilə sağlamlığı zəiflədir.

Boşanmanın qadının ürəyinə təsiri də ölçülüb. ABŞ-da 15 min insanı izləyən sağlamlıq və təqaüd tədqiqatına görə, bir dəfə boşanmış qadınların infarkt riski 24 faiz, iki və ya daha çox dəfə boşanmış qadınların isə riski 77 faiz daha yüksəkdir. Eyni tədqiqatçıların başqa bir araşdırmasında hər iki cinsdə uzunömürlülüyün ən güclü göstəricilərindən birinin evlilikdə keçirdiyi illərin ümumi sayı olduğu aşkar edilib. Həyat yoldaşını itirdikdən sonrakı ilk aylarda ölüm riskinin əhəmiyyətli dərəcədə artması, həyat yoldaşının varlığının həqiqətən qoruyucu olduğunu göstərir.

Evlilik kişiləri daha çox qoruyur

Ömür uzunluğu ilə bağlı ən böyük tədqiqatlar evliliyin qadınları da qoruduğunu bildirir, lakin kişiləri daha çox qoruyur. "Global Health Research and Policy" jurnalında dərc olunan və 7,9 milyon insanı əhatə edən meta-analizdə subay qadınların evli qadınlarla müqayisədə vaxtından əvvəl ölüm riskinin 22 faiz, subay kişilərin isə 46 faiz daha yüksək olduğu müəyyən edilib.

Yaponiya və Böyük Britaniyada aparılan oxşar tədqiqatlar göstərir ki, evli qadınların ürək xəstəliyindən ölüm riski daha aşağıdır. Tədqiqatlar qadının sağlamlığında müəyyənedici amilin sadəcə mövcudluğu deyil, evliliyin keyfiyyəti olduğu qənaətinə gəlir.

Yaxşi evlilik həm qadinlara, həm kişilərə fayda verir

Uzunömürlülük yalnız evliliklə deyil, həm də münasibətlərin keyfiyyəti ilə müəyyən edilir. “PLoS Medicine” jurnalında dərc olunan və 148 tədqiqatda 308 min insanı bir araya gətirən meta-analizdə güclü sosial əlaqələrə malik olanların daha uzunömürlü olma ehtimalının 50 faiz daha yüksək olduğu müəyyən edilib; bu fayda həm qadınlar, həm də kişilər üçün eyni olub. 1938-ci ildən bəri davam edən Harvard Yetkin İnkişaf  Tədqiqatı göstərib ki, 50 yaşından əvvəl nikah sabitliyi 70-80 ildə sağlam qocalmanı müəyyən edən amillərdən biridir.

Tədqiqatın hazırkı direktoru Robert Valdinqerin sözlərinə görə, 80 yaşında sağlamlığın ən yaxşı proqnozlaşdırıcısı 50 yaşında xolesterol deyil, münasibətlərdən məmnunluqdur. Onu da qeyd etmək lazımdır ki, bu tədqiqatın ilk nəsli yalnız kişilərdən ibarət olub.
 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑