Dünya · Milli.az

Rusiya Kiyev metrosuna zərbə endirdi - Ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Kiyev metrosuna zərbə endirdi - Ölən var xəbəri üçün şəkil

18 oktyabr gecəsi Rusiya qüvvələri Kiyevi ballistik raketlərlə vurub.

Milli.Az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (SES) məlumatına görə, hücum nəticəsində 21 yaşlı bir qadın həlak olub, səkkiz nəfər yaralanıb.

Şəhərin sol sahilindəki Çerniqovska metrostansiyası atəşə tutulması zamanı zədələnib. Stansiya yaxınlığında düşən dağıntılar hərəkət və təmas relslərini qırıb.

Kiyevin Solomyanski rayonunda raket qalıqları 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə dəyib və tibb müəssisəsinin üzərinə düşüb. Dneprski rayonundakı qeyri-yaşayış binasına da zərbə qeydə alınıb.

Milli.Az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑