"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb.
Milli.Az xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb.
Meydan sahibləri matçın başlamasından cəmi 8 saniyə sonra hesabı açıblar. Manuel Noyer Luis Diasın geriyə ötürməsini dəf edə bilməyib və Robin Fellhauer topu boş qapıya göndərərək Bundesliqa tarixinin ən sürətli qoluna imza atıb.
55-ci dəqiqədə İsmael Saibari Harri Keynin ötürməsi ilə hesabı bərabərləşdirib (1:1). Lakin 64-cü dəqiqədə Rodriqo Ribeyro "Auqsburq"u yenidən irəli çıxarıb. 80-ci dəqiqədə isə Nataniel Braun Keynin aşağı ötürməsini dəqiq tamamlayaraq matçın yekun hesabını müəyyənləşdirib (2:2).
Vinşen Kompaninin komandası ikinci hissədə 4 dəfə oyundankənar vəziyyətə görə qol sevinci yaşaya bilməyib, Serj Qnabrinin zərbəsi isə dirəkdən qayıdıb.
Noyerin görüş başlar-başlamaz buraxdığı qolu sizə təqdim edirik:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)



