Dünya · Milli.az

Mavriki adası sahillərində yeni akula növü kəşf edildi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi xəbəri üçün şəkil

Hind okeanının cənub-qərbində, Mavriki adası yaxınlığında 400-500 metr dərinlikdə yeni fənər akulası növü aşkarlanıb. Tədqiqatçılar tərəfindən "Etmopterus bulbosus" adı verilən bu yeni canlı elmi aləmdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, 21,5 santimetr uzunluğunda olan dişi akulanı digər növlərdən fərqləndirən ən əsas cəhəti onun böyük, yuvarlaq və şişkin burnudur.

Döş üzgəclərindən başlayaraq ilk bel üzgəcinə qədər uzanan kiçik, tikanşəkilli dəri çıxıntıları və bədənindəki xüsusi naxışlar növün xarakterik əlamətləridir.

Mitoxondrial DNT analizi nəticəsində bu canlı ilə eyni qrupdan olan digər akulalar arasında ən azı 10,29% genetik fərq olduğu müəyyən edilib.

Aşkar edilən nümunə hələlik yalnız bir dişi fərddən ibarət olduğu üçün növün qidalanma vərdişləri, populyasiya həcmi və yetkinlik ölçüləri haqqında ətraflı məlumat əldə etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑