Dünya · Azxeber.com

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib xəbəri üçün şəkil
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.
"Rubio Okinavada Yaponiya vətəndaşının ölümü ilə əlaqədar səmimi başsağlığı verib, həmçinin istintaq zamanı Birləşmiş Ştatların Yaponiya hökuməti və yerli hakimiyyət orqanları ilə əlaqə saxlamaq və tam şəkildə əməkdaşlıq etmək əzmində olduğunu vurğulayıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 4-də Okinavada ABŞ-nin 20 yaşlı hərbi qulluqçusu Naha şəhərində 39 yaşlı qadını qətlə yetirməkdə və qarət etməkdə şübhəli bilinərək həbs olunub. Onun cəsədi yerli hoteldə tapılıb, şübhəli isə müşahidə kameralarının görüntüləri əsasında aşkar edilib. İstintaqın məlumatına görə, o, qadını boğub və daha sonra onun pul kisəsini və digər şəxsi əşyalarını götürüb.
Həbs edilən amerikalı qətlə aidiyyəti olduğunu inkar edir.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑