Dünya · Teleqraf

Tramp Almaniyanı yaşıl enerji siyasətinə görə tənqid edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Almaniyanı yaşıl enerji siyasətinə görə tənqid edib xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Almaniyanın yaşıl enerji siyasətini tənqid edərək ölkənin bu səbəbdən tam iflasa yaxınlaşdığını iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri Tennessidə tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.

O, ABŞ-nin ekoloji təmiz enerjiyə ehtiyacı olmadığını bildirib.

“Bizə yaşıl enerji lazım deyil. Mənə yaşıl enerjidən istifadə edən bir ölkə göstərin, sizə həmin ölkənin iflas həddində olduğunu deyim. Almaniya artıq bunu sınayıb, məhv olmasına cəmi iki gün qalmışdı”, – deyə ABŞ lideri bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑