Dünya · Azxeber.com

KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanı atəşkəsə razı salmaq üçün Moskvaya böyük iqtisadi güzəştlər təklif etməyə hazırdır.
Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, təkliflər arasında Qərbdə dondurulmuş Rusiya suveren aktivlərinin blokdan çıxarılması, "Lukoyl” şirkətinin xaricdəki aktivlərinin satışına icazə verilməsi və Belarusdan kalium gübrələrinin ixracına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması yer alıb.
Bildirilir ki, ABŞ Rusiya aktivlərinin razılaşmaların icrasından əvvəl qaytarılması variantını da nəzərdən keçirib. Təkliflər Ukrayna rəsmilərini təəccübləndirib.
Kiyev mümkün razılaşmaların pozulacağı təqdirdə Rusiyaya qarşı əlavə tədbirlərin görülməsinə və Ukraynaya zəmanətlərin verilməsinə imkan yaradan mexanizmlər təklif edib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑