Dünya · Teleqraf

Hörmüz boğazında tankerə zərbə endirilib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında tankerə zərbə endirilib xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

Hörmüz boğazında hərəkət edən tanker naməlum mərminin zərbəsinə məruz qalıb. Hadisədən sonra gəmidə yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Daşımalarının Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Qurumun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəminin sol bortuna dəydiyini bildirib. Zərbədən sonra göyərtədə yanğın başlayıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑