Dünya · Milli.az

Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb xəbəri üçün şəkil

"Gürcüstan hakimiyyəti öz kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır".

Milli.Az xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstanda hakim partiya demokratik prinsiplərə, qanunun aliliyinə və fundamental hüquqlara qarşı davamlı hücumlar vasitəsilə ölkənin Avropa yoluna zərbə vurmaqda davam edir.

Komissar qeyd edib ki, Gürcüstanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mövcud olan məkan daha da məhdudlaşıb.

"Vəziyyəti dəyişmək və yeni mərhələyə başlamaq məsuliyyəti tam olaraq Gürcüstan hakimiyyətinin üzərinə düşür", - deyə Marta Kos əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑