Dünya · Yeni Çağ

Husilər Ər-Riyad hava limanını vurduqlarını iddia etdilər - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Ər-Riyad hava limanını vurduqlarını iddia etdilər - Yeni Çağ xəbəri üçün şəkil

Yəmən husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat yayıb.

Onun sözlərinə görə, raket zərbəsi hədəfə dəqiq dəyib və ciddi maddi ziyana səbəb olub. Bəyanat husilərin nəzarətində olan SABA agentliyində dərc edilib.

Saria beynəlxalq aviaşirkətləri, onların əməkdaşlarını və sərnişinlərini Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməməyə çağırıb.

O, yalnız Məkkə və Mədinə şəhərlərinin üzərindəki hava məkanının istisna təşkil etdiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑