Türkiyə parlamenti Səudiyyə Ərəbistanı və Pakistanla imzalanmış kollektiv müdafiə sazişini ratifikasiya etməyə hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Saziş Türkiyənin Səudiyyə Ərəbistanının müdafiəsi ilə bağlı rəsmi öhdəlik götürməsini nəzərdə tutur. Lakin bu, Türkiyə hərbçilərinin krallığa göndərilməsi demək deyil. Bunun üçün parlamentin ayrıca mandatı tələb olunur.
Sənədə əsasən, tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığı, hərbi koordinasiyanı və təhlükəsizlik sahəsində birgə fəaliyyəti gücləndirəcəklər.
Rəsmilərin bildirdiyinə görə, Türkiyənin dəstəyi əsasən hərbi avadanlıq, kəşfiyyat məlumatlarının paylaşılması və silah sistemlərini əhatə edəcək.

