Dünya · Editor.az

ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı fikir ayrılıqları qalır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı fikir ayrılıqları qalır xəbəri üçün şəkil

ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması istiqamətində diplomatik səylərə baxmayaraq, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, İran rəsmilərindən biri Vaşinqtonla Tehran arasında müharibəyə son qoyacaq razılaşmanın əldə edilməsinin hələlik real görünmədiyini bildirib.

Bu prosesdə vasitəçilik rolunu gücləndirməyə çalışan Qətər tərəflər arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün diplomatik təşəbbüslərini artırıb.

Eyni zamanda, ABŞ qüvvələrinin İranın Qeşm adasında hava hücumundan müdafiə sistemlərinə qarşı məhdud zərbələr endirdiyi bildirilir. Amerika rəsmiləri əməliyyatın genişmiqyaslı hərbi kampaniyanın bərpası anlamına gəlmədiyini vurğulayıblar.

Donald Trampın mümkün hərbi addımlarla bağlı sərt bəyanatları isə regionda gərginliyin yenidən artacağına dair narahatlıqları gücləndirir. Diplomatik dairələr hesab edirlər ki, münaqişənin gələcək taleyi tərəflərin güzəştə getmək imkanlarından asılı olacaq.

//Samir Qurbanov, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑